Boşanma xəbəri yayılan aparıcı Samirə danışdı

06.06.2016 - 12:55

samire“Bayaqdan telefonlarım susmur”.

Bu gün mətbuatda ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı, “Xəbərlər” proqramının keçmiş aparıcısı Samirə Mustafayevanın boşanması xəbərləri yayılıb.

Oxu.az-ın əməkdaşı bununla bağlı tanınmış və sevilən teleaparıcı ilə əlaqə saxlayıb.

“Bayaqdan telefonlarım susmur. Bu barədə danışmaq istəmirəm. Bu, mənim şəxsi həyatımdır. Şəxsi məsələrlə bağlı heç kimə açıqlama vermək iqtidarında deyiləm.

Boş-boş xəbərlərdir. Belə bir şey yoxdur. Yayılan mənasız dedi-qoduya qoşulmaq niyyətində deyiləm”, – deyə Mustafayeva açıqlama verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=66223

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728