Döyülən aparıcı: 10 min manat maddi ziyan dəyib

07.06.2016 - 11:11

azer“Eyni zamanda mənəvi ziyana məruz qalmışıq”.

Xəbər verdiyimiz kimi, iyunun 4-də saat 19.00 radələrində ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları – Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev  Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları “Şamaxı” yeməkxanasında məkanın sahibi Hüseyn Allahverdiyev və qohumuElşad Osmanov arasında münaqişə baş verib. Nəticədə ATV telekanalının əməkdaşları fiziki təzyiqə məruz qalıb.

Oxu.Az-ın əməkdaşı verilişin rejissoru, yüngül bədən xəsarətləri alanElgün Bayramlı ilə əlaqə saxlayıb.

“Biz çəkiliş aparırdıq. Bu vaxt restoranın sahibi və yaxın qohmu bizim əməkdaşlara qarşı söyüş, təhqir işlədərək fiziki zorakılıq  göstərdilər. Nəticədə mən və bir neçə əməkdaşımız yüngül bədən xəsarətləri aldıq.

Telekanalın çəkiliş heyəti üçün ayrılmış avtomobilinə təpiklə zərbələr endirdilər. Videokamera, səs qurğusu, mikrofon və digər avandanlıqlar sındırıldı. Nəticədə avadanlıqlara təxminən 10 min manat civarında maddi ziyan dəyib. Eyni zamanda mənəvi ziyana məruz qalmışıq.

Onlar tərəfdən bizə qarşı edilən kobud hərəkətlər, fiziki təzyiq, söyüş və təhqirlərə baxmayaraq bizim əməkdaşlar jurnalistin etnik davranışlarına riayət edib. Məsələ ilə bağlı  Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb”, -deyə rejissor bildirib.

Layihənin aparıcısı Azər İsmayılov mətbuat işçilərini bu məsələdə həmrəy olmağa və mövzuya həssas yanaşmağa dəvət edib:

“Əməkdaşlarımız vəzifə borclarını yerinə yetirərkən fiziki zorakılığa məruz qalıblar. Həm maddi, həm mənəvi ziyanla üzləşmişik.

Yaşanan hadisə ilə bağlı bəzi internet portallarında şişirdilmiş başlıqlara da rast gəldik. Mətbuat işçilərindən bu məsələyə həssas yanaşmalarını, həmrəylik nümayiş etdirməklərini xahiş edirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=66371

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728