Rusiya Azərbaycanı Türkiyəyə görə “vurdu” – Sərhəd probleminin səbəbi

07.06.2016 - 23:21

vaqonRusiya ilə Türkiyə arasında münasibətlərin  pisləşməsi Azərbaycandan qonşu ölkəyə məhsul aparan fermerlərin işini çətinə salıb. Azərbaycandan min bir əziyyətlə yetişdirdiyi məhsulu qonşu ölkəyə aparanları Rusiya tərəfi geri qaytarıb. Azərbaycan tərəfi Rusiyanın qərarına öz qiymətini verib. Amma geri qayıdan məhsulun aqibəti necə olacaq?  Sərhəddən  başlayan problemin aqibəti ilə ANS TV-nin əməkdaşları maraqlanıb.

Xaçmaz gömrük idarəsinin Yalama gömrük postundan verilən məlumata görə, artıq 2 yük vaqonu geri qaytarılıb. Pomidorla dolu 4 vaqonunsa ölkəyə geri qaytarılması gözlənilir. Səbəb isə vaqonlardakı məhsulların müayinəsi aparılan zaman Rusiya tərəfinin həm də Türkiyə malları aşkar etməsidir. Lakin Yalama gömrük postunun rəsmisi deyir ki, bu sadəcə Rusiya tərəfinin ehtimallarıdır: «Rusiya gömrükçüləri məhsulların Türkiyə malı olduğunu isbat etmirlər, sadəcə olaraq, şübhələndikləri məhsulların olduğu vaqonları geri göndərirlər. Bundan başqa biz tərəfdən bütün məhsulların mənşəyini təyin edən sənədlər, həmçinin fitosanitar sertifikat təqdim olunduqdan sonra gömrük rəsmiləşməsi və vizual baxış həyata keçirilərək mallar yola salınr. Xaçmaz gömrük idarəsinin Yalama dəmiryolu gömrük keçid məntəqəsi məsələnin tezliklə həll olunması üçün müvafiq işlərə başlayıb».

«Şimal qonşumuzun apardığı ekpertizanı qeyri-peşəkar hesab edirik» – bu sözləri isə Kənd təsərrüfatı nazirliyi yanında dövlət fitosanitar nəzarət xidmətinin rəisi Camal Quliyev Xaçmaz gömrük idarəsinin Yalama dəmiryolu gömrük keçid məntəqəsində Rusiyadan geri qaytarılan mallarla bağlı məsələyə aydınlıq gətirərkən söylədi. Camal Quliyevin sözlərinə görə şiml qonşumuzla bu barədə dəfələrlə danışıqlar aparılıb.

Sahibkarların narahatçılığına gəldikdə isə Dövlət Fitosanitar Nəzarət Xidmətinin sözlərinə görə, mallar soyuducuda ixrac olunur. Eyni zamanda, ekspertiza müddətində də şimal tərəfdə soyuducularda saxlanılır. Bu isə o deməkdir ki, heç bir məhsulun xarab olma ehtimalı yoxdur. Lakin sahibkaralara tövsiyyə olunur ki, ziyana düşməmək üçün məhsullar geri qaytarılan kimi daxili bazarlara satışa çıxarılsın.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=66476

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728