Ermənistana keçən qadın falçıdır?

08.06.2016 - 11:36

serhed2Ötən gün Azərbaycan-Ermənistan sərhədini pozaraq qarşı tərəfə keçən 1977-ci il təvəllüdlü Zöhrə Vardzor qızı Vəliyeva barəsində yeni məlumatlar ortaya çıxıb. ANS PRESS-in məlumatına görə, onun Tovuz rayonunun Yanıqlı kənd sakini olması barədə Ermənistan mətbuatı məlumat yaysa da bu, öz təsdiqini tapmayıb.

Yanıqlı kənd sakinləri bildiriblər ki, həmin qadının onların kəndi ilə heç bir əlaqəsi yoxdur: “Bu qadın nəinki Yanıqlı, heç Tovuz rayonunun sakini də deyil. Bir neçə gün bundan əvvəl bizim kəndə gəldi və özünü falçı kimi təqdim etdi. Onun həm xarici görünüşündən, həm də hərəkətlərindən ruhi xəstə olduğu hiss edilirdi. O, Azərbaycan dilində danışırdı. Həm də bizə özünü Zöhrə kimi yox, Telli kimi təqdim edib”, – deyə kənd sakinləri bildirdilər.

Hazırda yerli sakinlərin ilkin ehtimalı ondan ibarətdir ki, bu qadın Ermənistan tərəfə Yanıqlıdan yox, Gədəbəy istiqamətindən keçib. Çünki Yanıqlı kəndindən Gədəbəyin Şınıx kəndinəavtobus xətti işləyir və həmin kənddən qarşı tərəfə keçmək nisbətən asandır. Ona görə qadının həmin ərazidən qarşı tərəfə keçdiyi barədə ehtimallar daha yüksəkdir.

“Əslində bizim Yanıqlı kəndindən də Ermənistan tərəfə keçmək mümkündür. Ancaq buradan sərhədin daha çox dağlıq ərazidə olduğu və havanın da yağıntılı olduğu, bu şəxsin isə qadın olması nəzərə alındıqda bu ehtimal özünü doğrultmur. Çünki həmin relyefin belə havada bir qadın tərəfindən aşılması fiziki cəhətdən mümkün deyil”, – deyə sakinlər bildirdilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=66500

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728