İlham Əliyevin mükafatlandırdığı erməni Bakıya gəlməkdən qorxdu – VİDEO

09.06.2016 - 10:30

qevorqUkrayna yığmasının boksçusu Qevorq Manukyan Bakıda iyunun 16-dan 25-nə qədər keçiriləcək lisenziyalı olimpiya turnirində iştirak etməyəcəyini bəyan edib.

Virtualaz.org-un məlumatına görə, bu barədə boksçu Xsport-a verdiyi müsahibəsində bildirib.

“Bakıda keçirilən lisenziyalı turnirə gəldikdə, mən ora getmirəm. Erməni əsilliyəm, Azərbaycan isə hazırda Ermənistan ilə müharibə aparır, ona görə də Azərbaycana getməyim alınmır”, – deyə boksçu bəyan edib.

Xatırladaq ki, Manukyan Bakıda keçirilən Avropa oyunlarında 91 kq-a qədər çəki kateqoriyasında gümüş medal qazanmışdı.

Ona və digərlərinə medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim etmişdi. Mərasim zamanı azarkeşlər Manukyanı fitə basmışdılar, amma dövlət başçısı jest ilə tribunadan Ukrayna təmsilçisinə daha xoş davranmağı xahiş etmiş və bu jestdən sonra zalda alqış səslənmişdi.

Prezident əl işarəsi ilə publikaya anlayış üçün təşəkkürünü bildirmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=66614

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31