Bakıda Məhəmməd Əliyə ehsan verən axund danışdı

10.06.2016 - 13:29
eliBu gün Buzovna qəsəbəsində yerləşən Cümə məscidində İslam dinini qəbul etmiş əfsanəvi boksçu Məhəmməd Əlinin ruhuna ehsan veriləcək. Ehsanla bağlı artıq dünəndən sosial şəbəkələrdə xəbər yayılıb.

Bildirilir ki, Məhəmməd Əliyə ehsan verən şəxs Hacı Soltan Əlizadədir. Lent.az xəbər verir ki, H.S.Əlizadə Buzovna qəsəbə Cümə məscidinin axundu, tanınmış ilahiyyatçı alim və yazıçıdır. O, açıqlamasında bu gün məşhur idmançı üçün ehsan süfrəsinin açılacağını təsdiqləyib: “Mən onun həm insan, həm də idmançı kimi pərəstişkarıyam. 1997-ci ildə Məhəmməd Əli haqqında “Boksun şahı Məhəmməd Əli” adlı kitabım çap edilib. O vaxt kitabı Boks Federasiyasının prezidenti Ağacan Abiyevə təqdim etdim. Ağacan müəllim kitabın redaktoru oldu, həm də ön söz yazdı. Bir müddət sonra Ağacan Abiyev idmançılarla birgə Amerikaya gedəndə mənim də ora gedib, Məhəmməd Əli ilə görüşmək imkanım yaranmışdı. Amma gedə bilmədim. Sağ olsun, Ağacan müəllim kitabımı aparıb Məhəmməd Əliyə verdi. Həm də xahiş etmişdim ki, mənim üçün onun imzalı fotosunu gətirsinlər. Məhəmməd Əli isə mənə 300 fotodan ibarət albomunu göndərmişdi, üstündə də iki yerdən imza atmışdı”.
H.S.Əlizadə əlavə edib ki, Ramazan ayı ərzində hər gün iftar süfrələri təşkil edilir və bu gün də qaydası üzrə süfrə açılacaq: “Biz qərara gəldik ki, bugünkü iftarı məhz Məhəmməd Əlinin ruhuna ithaf edək. O, bütün dünya üçün sülh elçisi idi, həyatı, seçimləri ilə irqindən, dinindən asılı olmayaraq hamı üçün nümunə idi”.
Qeyd edək ki, ötən həftə dünyasını dəyişən Məhəmməd Əli bu gün dəfn ediləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=66768

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31