REAL-ın Qanun nəşriyyatından İlqar Məmmədovun flayerlərinin müsadirə olunması ilə bağlı – Bəyanatı

13.06.2016 - 12:54

realSon iki gündür “Qanun” nəşriyyatında yoxlamalar haqqında məlumatlar yayılmaqdadır.

REAL bəyan edir ki, bu “yoxlamaların” səbəbi İlqar Məmmədovun ad günü münasibətilə hazırlanmış flayerlərin müsadirəsi olmuşdur.

REAL, bu flayerləri təşkilatın həbsdə olan sədri İlqar Məmmədovla bağlı ad günü tədbirləri çərçivəsində sifariş vermişdir. 1 milyon insanın sədrin həyat yolu və qanunsuz həbsi haqqında məlumatlandırmaq məqsədi daşımışdır.

REAL bəyan edir ki, flayerlərin müsadirəsi, bu cür operativ reaksiya hakimiyyətin bir daha cümhuriyyət ideyalarından və təşkilatın 3 ildən çoxdur ki, qanunsuz olaraq həbsdə saxlanılan sədrindən çəkindiyini sübut edir. Hakimiyyət nəşriyyatdakı yoxlamalara “bomba axtarmaq” adı qoymaqla bu flayerlərin yayılmasının “bomba” effekti yaradacağını düşünürmüş.

REAL Azərbaycan ictimaiyyətini əmin edir ki, tərəqqinin, tərəqqipərvərlərin qarşısı alınmazdır. Hökumətin bütün fiziki və maddi gücü həqiqət qarşısında acizdir.

Cümhuriyyət alternativi mütləqiyyətin reallaşmasına mane ola bilməyəcəyi bir zərurətdir.

REAL-ın Qanun nəşriyyatından İlqar Məmmədovun flayerlərinin müsadirə olunması ilə bağlı Bəyanatı

REAL-ın Qanun nəşriyyatından İlqar Məmmədovun flayerlərinin müsadirə olunması ilə bağlı Bəyanatı

cumhuriyyet.org

Short URL: http://www.cumhuriyyet.net/?p=66930

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31