Arda Turanı göydən yerə vurdular

14.06.2016 - 12:02

arda-turanTürkiyənin keçmiş hakimlərindən Ərman Toroğlu Arda Turanı sərt tənqid edib.

Axar.az xəbər verir ki, Ərman Toroğlu “Sabah” qəzetindəki köşə yazısında Arda Turan haqda ağır ifadələr işlədib. O, futbolçunun Xorvatiya ilə oyunda göstərdiyi performansından söz açarkən ironik şəkildə onun futbol oynamaqdan deyil, reklam çəkilişlərindən yorulduğunu bildirib:

“Arda Turan oyundan çıxana qədər bir nəfər azlıqda oynadıq. Arda reklam çəkilişlərinə görə çox yorulub! Futbol çənə ilə oynanılmır, qaçaraq oynanılır. Arda milli yığmanın düşünən beynidir… Ancaq nəinki qaça, heç yeriyə də bilmir. 20 metrlik ərazidə futbol oynayır. “Hər ötürməni mənə verin, qolları mən vurum”, – deyir”.

Qeyd edək ki, Türkiyə millisi Avro-2016-dakı ilk matçında Xorvatiyaya Modriçin qolu ilə 1-0 məğlub olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=67037

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31