Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb

14.06.2016 - 12:15

mmMilli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb.
“Report”un məlumata görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.

İclasın gündəliyinə 28 məsələnin müzakirəsi daxil edilib.

İclasda Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Elm haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirə olnacaq. Bundan başqa, iclasda bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsini nəzərdə tutan “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik edilməsi də deputatların müzakirəsinə çıxarılacaq.

Həmçinin, “Hərbi qulluqçuların statusu haqqında” qanuna, Miqrasiya, Vergi, İnzibati Xətalar, Mülki Prosessual Məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklər edilməsi gündəliyə daxil edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67039

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31