“Eldar Mahmudovun əlində yüksək vəzifəli məmurlara qarşı ciddi kompromatlar var” – Keçmiş MTN zabiti

14.06.2016 - 15:20

eldarKeçmiş MTN şefi Eldar Mahmudov haqqında sensasion məlumatlar çıxmaqda davam edir.

Bir neçə gün öncə keçmiş MTN əməkdaşı Ərəstun Oruclu Eldar Mahmudovun əlində 2800 ədəd kompromat xarakterli intim video kaset olduğunu bildirib.

Eldar Mahmudov haqqında kifayət qədər faktlar ortada olsa da, ancaq sabiq nazir hələ də azadlıqdadır. Buna səbəb isə çox güman əlində olan şantaj materiallarıdır.

Eldar Mahmudovun niyə həbs edilməməsi barədə öz fikirlərini Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl Ölkə.Az-la bölüşüb: “Eldar Mahmudovun əlində çoxlu faktlar ola bilər. Əgər Eldar Mahmudovun əlində 2800 video varsa onun 2790-nı siyasi qərar qəbul etmək üçün heç nədir.

Görünür, o videoların içərisində elələri var ki, şantaj xarakterlidir. Şantaj xarakterli olduğuna görə də siyasi qərar verilmir, işin başında duran şəxs həbs olunmur. Bu prosesin içərisində olan şəxslər var ki, onlardan da bir neçəsi həbs olunmayıb. Bütün bunlar göstərir ki, Eldar Mahmudovun əlində çox güclü kompromatlar var.

Əldə olan faktların sayı önəmli deyil, məsələyə təsir edə biləcək şəxslərə qarşı şantaj materialı olduğuna görə Eldar Mahmudov toxunulmaz qalıb. Yerdə qalan videoların təsir gücü siyasi qərar verməyə yaramır.

Eldar Mahmudovun həbs olunmamasının səbəbi istintaqla bağlı deyil. Elə tapşırıqlar, sifarişlər olub ki, Eldar Mahmudovun komandası bunu əllərində saxlayıblar. Komanda olaraq bu işlərin üstünün açılmasına hazırlıqlı olublar.

O videoların hələ ki, bir neçəsi buraxılıb. Hansısa komitə sədrinin, jurnalistin, varlı bir şəxsin – arvadın ərə, ərin arvada xəyanət videolarını çəkib saxlayıblar. Kiminsə sekslə məşğul olması heç kimə maraqlı deyil. Məşğul olur, yaxşı edir. Onlar xəyanət videolarını çəkiblər ki, sabah əllərində fakt kimi istifadə etsinlər. Azərbaycan tam olaraq köklənib seks kaseti məsələsinə, ancaq məsələ təkcə seks kaseti deyil. O kasetlərin hətta 2790 ədədi siyasi qərar qəbul etmək üçün boş şeydir”.

Qeyd edək ki, Eldar Mahmudov 17 oktyabr 2015-ci ildə MTN ətrafındakı məlum qalmaqaldan sonra nazir vəzifəsindən azad edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67077

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31