Çexiyalı erməni boksçu Bakıya gəlməkdən qorxdu

14.06.2016 - 16:13

erqanİyunun 16-dan 25-dək Bakıda keçiriləcək boks üzrə Olimpiya təsnifat turnirində iştirak etməli olan daha bir erməni idmançı Azərbaycan paytaxtına gəlməkdən imtina edib.

Virtualaz.org xəbər verir ki. bu dəfə söhbət Çexiya münayəndəsi Erik Aqatelyandan gedir.

“Mən Ermənistanda anadan olmuşam, biz Azərbaycanla müharibə vəziyyətindəyik, mənim ora getməyim ölümümə səbəb ola bilər. Mən qorxuram, – Aqatelyan Çexiya KİV-ə belə deyib. – Olimpiada mənimçün vacibdir, amma həyat daha qiymətlidir. Ermənistan yığması da Bakıya getməkdən imtina edib”.

“Bu biabırçılıqdır, – Çexiya Boks Assosiasiyasının prezidenti Svyatopluk Zaçek hiddətini gizlətmir. – Erik indi yaxşı formadadır, lakin mən onu anlayıram. Almaniya komandasında çıxış edən erməni boksçular da bu cür qərar veriblər”.

Nəticədə, Çexiyanı Bakıda iki boksçu – Zdenek Hladek və Marek Vaneçek təmsil edəcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=67087

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31