Rusiya erməniləri qorxuya salan tankları Azərbaycana satdı

17.06.2016 - 11:13

tank2Rusiyanın “Uralvaqonzavod” korporasiyası “T-90C” tanklarının Azərbaycana tədarükünə dair öhdəliklərini tam yerinə yetirib.

Bu barədə jurnalistlərə açıqlamasında “Uralvaqonzavod” koorporasiyasının baş direktoru Oleq Siyenko Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.

“Öhdəliyi tam olaraq yerinə yetirmişik, tədarüklər başa çatdırılıb”, – deyə Siyenko bildirib.

Rusiya və Azərbaycan arasında 2010-cu ildə silah və texnikanın tədarükü barədə razılıq əldə olunub. Ekspertlər 1 milyard dollar dəyərində olan bu razılaşmanın 2017-ci ildə icra olunacağını bildirib.


Oleq Siyenko – “Uralvaqonzavod” korporasiyasının baş direktoru

Bundan əvvəl Rusiya istehsalı “PDM-3” piyadaların döyüş maşınlarının Azərbaycana tədarükünün 2016-cı ildə başa çatdırılacağı barədə məlumat yayılmışdı.

Azərbaycanın Rusiyadan aldığı “T-90C” tankı “T-90” tankının ən yaxşı modifikasiya olunmuş növüdür. “T 90” Rusiya istehsalı olan 3-cü nəsil müharibə tankıdır. Çəkisi 46,5-50 ton olan tankın hərəkət sürəti 65 km/s-dir. Tankın zirehinin eni 830 mm-dir.

Adıçəkilən tank “T-72″ləri əvəz etmək üçün istehsal olunub. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan “T-90″lar, “T-72BM” tankının yüksək texnologiya məhsulları ilə təchiz olunub. Bu tanklar ” T-80″ tankından alınan 1G46 Nişangah Termal kamera, Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdir.

Anspress.com


Short URL: http://www.cumhuriyyet.net/?p=67340

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31