Məmurların dağıtdığı Qızıl Kurqan polis nəzarətinə götürüldü – Rəsmi açıqlama

17.06.2016 - 13:20

polis6Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazi Daxili İşlər Nazirliyinin Goranboy Rayon Şöbəsi tərəfindən tam nəzarətə götürülüb.

Bu barədə AzNews.az-a rayonun icra başçısının köməkçisi Fuad Əliyev məlumat verib. Onun sözlərinə görə, əməliyyat tədbirindən sonra ərazidə heç bir qazıntı işləri aparılmayıb. mHadisə ilə əlaqədar həbs olunan və saxlanılanlara gəlincə, F.Əliyev belə məlumatlardan xəbərsiz olduğunu deyib: “Bu haqda məlumatım yoxdur. Əgər kimsə həbs olunsa, yaxud da saxlanılsa, icra hakimiyyəti aparatınının məlumatı olar”.

Xatırladaq ki, iyunun 12-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Goranboy rayonunda böyük əməliyyat keçirib. Məlumata görə, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər bu ayın 11-dən 12-ə keçən gecə ifşa olunub. Yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb. Saxlanılanlar arasında əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının köməkçisi Fuad Əliyev, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Yol İdarəsinin («Azəryolservis») rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Fuad Əliyev daha sonra sərbəst buraxılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=67370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31