Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” danışdı

20.06.2016 - 14:32
eldarBir neçə gündür ölkə mətbuatında sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb. Yayılan məlumatda sabiq nazirin evinə qapanaraq içki aludəçisi olduğu, bu səbəbdən ürəyində problemlər yaranaraq, yaşadığı bağ evində vəfat etməsi ilə bağlı xəbərlər ölkə KİV-də səngimək bilmir.

Yayılan xəbərin kütləviliyini və ölkə mətbuatında rezonans doğurduğunu nəzərə alan Bizimyol.info saytı, məsələ barədə açıqlama almaq üçün, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaşadığı evə zəng edib. Dəstəyi qaldıran sabiq nazirin həyat yoldaşı Tahirə Mahmudova saytımıza qısa açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib. “Belə məlumatlar hardan çıxır bilmirəm. Bəli, Eldar müəllimin səhətində problemlər var, amma ölüm faktı yoxdur. Heç elə bir şey də olmayıb. Məlumat yalandır”.
Qeyd edək ki, Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyyasının katibi vəzifəsində çalışıb. O, səhətində problemlər yarandığı üçün, öz ərizəsi ilə işdən çıxıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=67545

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31