Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən ilk görüntülər – FOTO

20.06.2016 - 16:37

orduAzərbaycan Müdafi Nazirliyi dünən başlayan irimiqyaslı hərbi təlimlərə dair növbəti məlumat və fotolar yayıb. Məlumatda deyilir ki, Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.

Yüksək döyüşə hazırolma səviyyəsinə gətirilən idarəetmə orqanları və qoşunlar mütəşəkkil və planlı qaydada yenidən qruplaşmanı həyata keçirərək cəmləşmə rayonlarına çıxarılır, aerodromlarda aviasiyanın, dənizdə isə gəmilərin dislokasiya yerləri dəyişdirilir.
Təlimlərin planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi və icrasına nəzarət Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən müasir rabitə və müşahidə vasitələrindən istifadə edilməklə həyata keçirilir.
Təlimlər iyunun 24-də yekunlaşacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=67580

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31