Səhiyyə Nazirliyi Salyanda yeni doğulan iki körpənin ölümünə münasibət bildirib

21.06.2016 - 13:33

korpeSəhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində iki körpənin ölməsi hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15-də üçəm dünyaya gətirib: “31 həftəlik hamiləlikdən üçəm dünyaya gəlib. Uşaqların çəkisi cox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq körpələrdən biri 1:00 da digəri isə 1:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə, bütün rayonda işıqlar 01.30-da sönüb. Yəni, elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyatı yoxdur. Xəstəxananın reanimasiya, doğum şəbələrində generatorlar var”.

Xatırladaq ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Short URL: http://www.cumhuriyyet.net/?p=67721

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31