“Kəpəz” klubu Avropa Liqası üçün sifariş ərizəsini təqdim edib

21.06.2016 - 13:57

kepezGəncənin “Kəpəz” klubu Avropa Liqasının oyunları üçün sifariş ərizəsini təqdim edib. “Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın heyətində 22 oyunçu yer alıb.

Baş məşqçi Şahin Diniyev 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 2 hücumçu sifariş edib. Onlardan 2-si – müdafiəçi Renan da Silva Alves və yarımmüdafiəçi Serjio Manuel Kosta və Karneyro yeni transfer olunan legionerlərdir.
“Kəpəz”in sifariş ərizəsi:
Qapıçılar: 88.Tadas Simaitis, 1. Eyyub Əliyev, 30. Davud Kərimi
Müdafiəçilər: 18. Tural Axundov, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 36. Renan da Silva Alves, 21. Novruz Məmmədov, 15. Azad Kərimov, 23. Tural Nərimanov
Yarımmüdafiəçilər: 5. Kərim Diniyev, 17. Nicat Qurbanov, 10. Dario Frederiko, 77. Serjio Manuel Kosta Karneyro, 7. Vüqar Bəybalayev, 6. Ceyhun Cavadov, 14. Fərid Məmmədov, 99. Əli Səmədov, 80. Tural Rzayev, 19. Orxan Əliyev
Hücumçular: 90. Julien Ebah, 9. Tural Qürbətov

Qeyd edək ki, “Kəpəz” Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Daçiya” klubuna qarşı ilə qarşılaşacaq. Oyunlar iyunun 28-də Bakıda, iyulun 7-də Kişinyovda olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=67730

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31