Niko Rosberq: “Bakıda ayaqyolu əsl problemə çevrilmişdi”

21.06.2016 - 15:58

rosberqBakıda keçirilmiş “Formula 1” Avropa Qran-Prisinin qalibi Niko Rosberq yarışdan sonra gələn il ayaqyoluların sayının artırılmasını xahiş edib.

Yarış başa çatdıqdan sonra Rosberq bildirib ki, ötən həftəsonu onu bir çox şeylər təəccübləndirib. Bunlar təhlükəsizlik avtomobillərinin olmaması, yarış vaxtı hər hansı qəzanın baş verməməsi və başqa nüanslar.

Sonradan məlum olub ki, “Mercedes” komandasının pilotu uzun müddət ayaqyoluna növbə gözləməli olub və buna əsəbiləşib.

Virtualaz.org xəbər verir ki, bu barədə autosport.com.ru yazıb.

“Təşkilatçılar daha çox ayaqyolu düzəltsəydilər, daha yaxşı olardı, – Rosberq deyib. – Bu həftəsonu növbələrdə çox vaxt keçirməli oldum”.

Amma bu narahatlıq alman pilota yarışda qalib gəlməyə mane ola bilməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67759

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31