İki körpənin işıqların söndürülməsindən sonra öldüyüni təsdiq edən- VİDEOFAKT

23.06.2016 - 16:11
xe“İşıqlar sönüb, uşaqların üçü də aparatdadır, nəfəsləri kəsilib ölməsələr yaxşıdır…”
Bir neçə gün əvvəl Salyanda dünyaya gələn üçəmlərdən ikisinin dünyasını dəyişməsi hər kəsin ürəyini ağrıtdı. Valideynləri doğuşdan sonra kuvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasından isə bildirirdilər ki, uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Baş həkim Hüseynağa Həsənov bildirmişdi ki, körpələr işıqlar sönməmişdən əvvəl dünyasının dəyişiblər.
Təqdim olunan həvəskar videoçəkiliş isə sübut edir ki, işıqlar sönən zaman körpələr sağ olub. Belə ki, işıq sönən zaman yaxınları narahatlıqla bildirirlər: “İşıqlar sönüb, uşaqların üçü də aparatdadır, nəfəsləri kəsilib ölməsələr yaxşıdır…”.
Əgər uşaqlar işığın sönməsindən əvvəl ölmüş olsaydı, yaxınları bundan xəbərdar olmalıydı.
///Bizimyol.info

 

Short URL: http://www.cumhuriyyet.net/?p=67875

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31