Türkiyə-İsrail razılaşmasında nələr var?

27.06.2016 - 15:03

binaliTürkiyənin baş naziri Binəli Yıldırım İsraillə əldə olunmuş razılaşmanın detallarını açıqlayıb.

APA-nın verdiyi məlumata görə, baş nazir bildirib ki, iki ölkə arasında razılaşma artıq paraflanıb, sabah Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri ilə israilli həmkarı arasında sənəd imzalanacaq.

İmzalanmadan sonra sənəd Türkiyə Böyük Millət Məclisində və müvafiq olaraq İsrail Nazirlər Kabineti tərəfindən ratifikasiya olunacaq, bununla da, iki ölkə arasında münasibətlərin normallaşması prosesi rəsmən başlamış olacaq.

Baş nazir razılaşmanın bəzi detallarını açıqlayıb: “Sənəd ratifikasiya olunandan sonra hər iki ölkənin səfirlərinin fəaliyyəti aktivləşdiriləcək. 2010-cu ildən başlayan böhranın həllinin bu qədər uzun sürməsinin səbəbi Fələstinlə əlaqədardır. Biz Fələstin məsələsində də nəticələr əldə olunmasının tərəfdarı olmuşuq. Razılaşmada da bununla bağlı müddəlar var. Əsas məsələlərdən biri Qəzzanın su və elektirk enerjisi ilə təchizatıdır. İsrail bu müddəaya razılığını bildirib.

Razılaşmaya əsasən, İsrail “Mavi Marmara” gəmisində həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə ümumilikdə 20 milyon dollar təzminat ödəyəcək. Bu razılaşma ilə Fələstinə tətbiq olunan embarqo böyük ölçüdə aradan qaldırılacaq. Bununla yanaşı, iyulun 1-də 10 min ton humanitar yardım daşıyan Türkiyə gəmisi İsrailin Aşdod limanı istiqamətində hərəkət edəcək. Qəzzadə inşa olunan Türkiyə-Fələstin xəstəxanasının açılışı üçün lazımi addımlar atılacaq.

Normallaşma əlaqələrimizin bütün sahələrinə təsir edəcək. Lakin əsasən iqtisadi əlaqələr və regional inkişafı əhatə edəcək. Əsas məqsəd Qəzzada insanların rahat nəfəs alması və rahat yaşamasıdır. Biz bununla sonuna qədər Fələstin xalqının yanında olduğumuzu ortaya qoyduq”.

Baş nazir razılaşmasının üç əsas məqsədini bir daha diqqətə çatdırıb: “Razılaşma sənədi üç məsələ baxmından əhəmiyyətlidir. Birincisi, “Mavi Marmara” məsələsinə görə İsrailin Türkiyədən üzr istəməsi, ikincisi, gəmidə həlak olmuş Türkiyə vətəndaşlarına təzminat ödəməyə razılıq verməsi, üçüncüsü isə, Fələstinə tətbiq olunmuş embarqonun yumşaldılmasıdır”. Bundan başqa, razılaşmada İsrail qazının Türkiyə üzərindən Avropa nəqli də əksini tapıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=68204

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31