Rusiyadan Ərdoğanın məktubuna ilk cavab: “Üzr gecikmiş olsa da…”

28.06.2016 - 11:10

putin3Rusiyadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubuna reaksiya verilib. ANS PRESS-in məlumatına görə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ərdoğanın üzrxahalıq məktubunu şərh edib.

O deyib ki, bu məktub Ankara-Moskva münasibətlərinin düzəlməsi üçün təməl ola bilər. “Üzr gecikmiş olsa da heç olmamasından daha yaxşıdır. Zaman içərisində qarşılıqlı əlaqələrimiz müəyyən neqativ təsirlərə məruz qaldı, keçmişdəki inam itirildi. Yenə də bu məktub iki ölkə arasında bağların yenidən bərpası üçün əsas ola bilər”.

Matviyenko Vladimir Putinin təyyarə böhranından sonra yaşanan vəziyyətin Rusiyanın türk xalqına olan dostluq duyğularına təsir etmədiyini deyib. “Baş verən hadisənin fərqinə varılıb. Bunun üçün də məktubu ancaq müsbət qarşılaya bilərik”.

Ötən gün Türkiyə prezidentinin Rusiya liderinə göndərdiyi məktub bütün dünyanın baş xəbərinə çevrilib. R.T.Ərdoğan V.Putinə göndərdiyi məktubda ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüfləndiyini deyib.

O, həyatını itirən rus pilotun ailəsinin kədərlərini paylaşdığını, başsağlığı verdiyini deyib.

Məktubda Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olunması üçün çağırış edib.

Türkiyənin baş naziri Binali Yıldırım yaxın günlərdə Ərdoğanın Putinə zəng edəcəyini də deyib. Onun sözlərinə görə, Türkiyə gərəkərsə təzminat da ödəyə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=68269

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31