Moldova klubu və prezidenti Azərbaycandan üzr istədi – MƏRDƏKANI “MAKRUDYAN” ETDİKLƏRİNƏ GÖRƏ

28.06.2016 - 16:22

moldovaMoldovanın “Daçiya” klubu rəsmi saytında Bakının Mərdəkan qəsəbəsi barədə yer alan yanlış fikirlərlə əlaqədar “Kəpəz”dən və Azərbaycan xalqından üzr istəyib. Virtualaz.org-un məlumatına görə, üzrxahlıq mətni şəxsən klub prezidenti Adlan Şişxanov adından da yayılıb.

Şişxanov “Daçiya”nın mətbuat xidməti tərəfindən buraxılmış səhvlə əlaqədar səmimi üzrxahlıq edib: “Mən həmçinin, bütün Azərbaycan xalqı, azarkeşləri və “Kəpəz” qarşısında üzr istəyirəm. “Daçiya” heç vaxt siyasətlə məşğul olmayıb. Bu kobud və ağlasığmaz qəbahətlə bağlı bizi bağışlamağınızı xahiş edirik. Biz heç bir halda heysiyyata toxunmaq istəməzdik”.

Klub və rəhbərlik bildirir ki, belə yanlış məlumat verməklə heç bir sətiraltı və gizlin təxribat niyyəti güdməyiblər: “Biz Bakıya bunun üçün gəlməmişik. Bununla yanaşı, istisna etmirik ki, bizə düzgün informasiya verilməyib. Sözsüz ki, biz rəqibimizə və bütün Azərbaycan xalqına hörmətlə yanaşırıq. Ona görə də xoşagəlməz insidentlə əlaqədar üzrxahlığı vacib sayır və ümid edirik ki, bu, ənənəvi dostluq münasibətlərimizə təsir etməyəcək”.

Üzrxahlıq mətni ilə yanaşı, klubun saytı Mərdəkan barədə yanlış mətndə düzəliş edib.

Qeyd edək ki, “Kəpəz”lə oyun öncəsi “Daçiya”nın rəsmi saytında “Dalğa Arena”nın Bakıdan 34 km aralıda “erməni adı olan “Makrudyan” qəsəbəsi”ndə yerləşdiyi bildirilib. Yazıda bildirilib ki, Mərdəkanda ermənilərə aid heç nə yoxdur. Sakinlər isə Qafqaz farslarının davamçıları olan tatlardan ibarətdir.

Bu barədə bu gün haqqin.az xüsusi yazı ilə çıxış etmiş və məsələ ilə bağlı narazılığını bildirmişdi. Yeri gəlmişkən, həmin yazı ilə bu lingdən tanış ola bilərsiniz.

Short URL: http://www.cumhuriyyet.net/?p=68327

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31