İstanbul terroru: 40-dan çox yaralı, terrorçularla atışma
İstanbuldakı Atatürk hava limanının beynəlcxalq uçuşlar terminalında daldabal başv ermiş partlayışlar nəticəsində 40-dan artıq yaralı olduğu vurğulanır. Ölənlərin olduğu söylənir.
Milli.Az DHA-ya istinadən bildirir ki, terminalın CİP bölgəsinin iki ayrı məkanında dalbadal partlayışlar olub. İlkin məlumata görə, iki terrorçu polisin şübhələndiyini görərək üzərilərindəki 4 əl qumbarasını rentgen qurğularına tərəf atıblar. Bu səbəbdən 4 partlayış olub. Polislər terrorçulara atəş açıblar, atışma olub.
Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə, olay yerinə 23 təcili yardım maşını göndərilib. Hava limanına aparan bütün yollar bağlanıb. Hava limanına mülki avtomobillərin girişi və çıxışı yasaqlanıb.
Bakırköy Dövlət Xəstəxanasına artıq 40-dan çox yaralı aparılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=68362