ATƏT sədri Qarabağ münaqişəsindən danışdı – “MƏSULİYYƏT DAŞIYIRIQ”

29.06.2016 - 14:42

stt“Dağlıq Qarabağ münaqişəsinin eskalasiya potensialı var”.

APA-nın verdiyi məlumata görə, bu sözləriATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri FrankValter Ştaynmayer Cənubi Qafqaz regionuna səfərə yola düşməzdən öncə jurnalistlərə açıqlamasında deyib.

O, gərginliyin azaldılması üçün ATƏT sədrliyinin məsuliyyət daşıdığını bildirib: “Almaniyanın ATƏT-ə sədrliyi dövründə biz atəşkəs rejiminin möhkəmləndirilməsi, etimadın yaradılması və tez bir zamanda danışıqların başlanması yolu ilə belə təhlükələrin azaldılması üçün məsuliyyət daşıyırıq”.

Qeyd edək ki, ATƏT sədrinin bu gün regiona səfəri başlayır. Bu gün o, Ermənistanda rəsmi görüşlər keçirəcək, ATƏT sədri Azərbaycana sabah gələcək. Onun hər iki ölkədə keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olacaq.

Ştaynmayer iyulun 1-də Gürcüstana gedəcək və ATƏT PA-nın illik sessiyasına qatılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=68466

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31