Azərbaycanlı şahid: Əli silahlı şəxs “Allahu-Əkbər deyə bağırırdı”

30.06.2016 - 11:37

terror7İstanbulun beynəlxalq Atatürk hava limanınına daxil olan şəxs “Allahu-Əkbər” bağıra-bağıra əlindəki silahla ətrafdakılara atəş açırdı.

Ölkə.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə hava limanının ofislərdən birində çalışan azərbaycanlı Etimad Mehdiyev danışıb.

“Adamın biri əvvəlcə hava limanının girişində, taksi dayanacağında özünü partlatdı. O zaman ara qarışdı və həmin vaxt o biri silahlı adam girişin yuxarı hissəsindən içəri daxil oldu”,-deyə şahid bildirib.

Etimad deyir ki, hadisə iftar başlayan ərəfədə baş verib. O, bir terrorçunun Kalaşnikov avtomatla ətrafa atəş aça-aça getdiyini görüb. Hərə bir yana qaçmağa başlayıb. Dediyinə görə, həmin şəxs hava limanının girişindən içəriyə doğru 500 metr irəliləyə bilib. Həmin adam silahı yerə qoymadığından heç kim onunla danışığa gedə bilməyib. Bu zaman hava limanının işçiləri hamısı ofislərini tərk edərək ərazidən uzaqlaşmağa başlayıb.

“O, kiçik pasport yoxlama məntəqəsini keçəndən sonra polislərdən biri onu qaçdığı yerdə ayağından yaraladı. Ondan sonra o üzərindəki bombanı partlatdı”,-deyən Etimad Mehdiyev əlavə edib ki, həmin şəxsin parçalanmış bədəninin baş hissəsi səhər saatlarında, hava limanında salonun küncündə tapılıb.

Etimad Mehdiyevin sözlərinə görə, ən çox ölüm hava limanın girişindəki taksi dayanacağında olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=68533

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31