Üçəmlərdən sonuncusunun ölüm səbəbi AÇIQLANDI

01.07.2016 - 12:40

usaq2Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunda dünən saat 16:10-da dünyasını dəyişən körpənin meyidini 1 saat sonra təşhis üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə təhvil verilib.

Respublikanın baş pediatoru Nəsib Quliyev oxu.az-a deyib ki, 10 gündür ki, körpə institutda müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Körpə bizə 10 gün əvvəl daxil olub, lakin səhhətində problemlər çox olduğu üçün onu həyatda saxlamaq mümkün olmayıb. Bu körpələr vaxtından əvvəl doğulub. Əslində onlar avqustun 8-də dünyaya gəlməli idilər. Adətən belə körpələr ciddi nəzarət altında saxlanılmalı və doğuş üçün ana mərkəzə – Bakıya gətirilməlidir.

Düzdür, Salyanda bu doğuşun həyata keçirilməsi üçün tibbi və texniki personal var, amma risk yüksək olduğu üçün körpələrin həyatını xilas etmək mümkün olmadı. Hazırda araşdırma gedir, nəticələr barəsində məlumat açıqlanacaq”, – deyə N.Quliyev bildirib.

Qeyd edək ki, Salyan şəhərinin Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Sağ qalan körpə Bakıdakı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. Dünən isə sonuncu üçəm dünyasını dəyişib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68695

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31