Təranə Qumral 5 il həbs oluna bilər – Qalmaqal

25.08.2016 - 10:48

teraneMüğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumrala qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Axşam.az-ın məlumatına görə, məhkəmə Təranə Qumralı şikayətçilərin şərəf və ləyaqətini təhqir etməkdə, böhtan atmaqda və onların işgüzar nüfuzuna xələl gətirməkdə təqsirli bilib.

Vəkili Adəm Məmmədov söhbətində bildirib ki, qərara görə, T.Qumral qarşı tərəfə 3 min manat təzminat ödəməli, həmçinin efirdə onlardan üzr istəməlidir:

“O, qərardan narazı qalıb və Apelyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə müraciət edib. Lakin qərar yenə dəyişməyib.

Qərarın icrasını yerinə yetirmək Təranə Qumralın qeydiyyatda olduğu Nərimanov Rayon İcra şöbəsinə tapşırılıb.

Əgər məhkəmənin qərarı yerinə yetirilməzsə, Təranə Qumral inzibati məsuliyyətə, həm də cinayət məsuliyyətinə cəlb olunacaq. İnzibati məsuliyyətə cəlb olunsa, 500 manatdan 1000 manata qədər cərimə olunacaq. Bir aya qədər də inzibati həbs oluna bilər. Əgər həbsdən sonra da cəriməni ödəməsə və üzr istəməsə, icra məmurları tərəfindən istintaq idarəsinə təqdimat veriləcək. Belə olan halda müğənnini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə 5 il həbs gözləyir”.

Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı:

“Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74036

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930