Cahangir Hacıyevin məhkəməsində: sürücüyə 9 milyon manat kredit

26.08.2016 - 16:08

chBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Sultanov ifadə verərək bildirib ki, 1997-2004-cü illərdə Beynəlxalq Bankda müxtəlif vəzifələrdə işləyib: “2004-2010-cu illərdə Mərkəz filialının rəhbəri olmuşam. Qaydalara görə, Baş İdarənin xəbəri olmadan təminatsız 2 min, təminatla isə 5 mindən artıq kredit verə bilməzdik. Bundan yuxarı məbləğlər Kredit Komitəsi və İdarə Heyəti kimi qurumların qərarı ilə ayrılırdı. Baş İdarədə qərar veriləndən sonra kredit ayrılması məsələsində filial daha çox texniki rol oynayırdı. İdarə Heyətinin qərarları mənim üçün məcburi idi”.

Sonra A.Sultanov prokurorun suallarına cavab olaraq bildirib ki, Cahangir Hacıyevə və yaxınlarına plastik kartlarla kreditlər verilib: “Banka müştərilər göndərilib və İdarə Heyəti qərar verib, biz də onu icra etmişik. Cahangir Hacıyev və yaxınlarına kredit verilməsi tapşırığını birbaşa özündən almışam. Bizim bu işdə sırf texniki rolumuz olub. Bizə yalnız çıxarış formasında İdarə Heyətinin qərarları gəlirdi, biz onunla kifayətlənirdik”.

Təqsirləndirilən şəxs Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyevə 9 milyon manat kredit ayrılması ilə bağlı suala da cavab verib: “İdarə Heyətinin 57 saylı qərarı olub. Aydın sürücü olduğundan başı qarışıq olurdu. Sənədi imzalaya bilmirdi. Mən də həmin sənədləri Baş İdarəyə göndərmişəm. Ordan imzalar gələndən sonra ona kredit verilib. İttihamda görünür ki, guya saxta imza çəkmişəm. Bu, dediyim kimi olub. Mən idarədən gələn imzaya baxmadım. Həmin kredit də 2009-cu ildə bağlanıb”.

Prokuror onu da soruşub ki, Cahangir Hacıyevin sürücüsünə 9 milyon manat kredit verilməsi nə qədər doğru idi?

A.Sultanov cavab olaraq bildirib ki, kreditlər İdarə Heyətinin qərarı əsasında ayrılıb: “Tapşırıq verilib, biz də riayət eləmişik”

Sonra digər təqsirləndiriləndən İlqar Abdullayev ifadə verib. O deyib ki, 2004-cü ildən bankda işləyib: “2006-dan filial müdirinin köməkçisi olmuşam. 2014-2015-ci illərdə filial müdiri olmuşam. Cahangir Hacıyevi yalnız bir dəfə görmüşəm. O da məni filial müdiri təyin edəndə. Mən nə mənimsəmədə iştirak etmişəm, nə də mütəşəkkil cinayətkar dəstənin üzvü olmuşam. Mənə tapşırılanı icra eləmişəm. İttihamda olan 3 kredit müqaviləsində imzam var, o da filial müdüri Yusif Ələkbərov olmayıb deyə qol çəkmişəm”.

Proses nahardan sonra davam edib…

Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham ediliblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74258

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930