Polis sabahdan gücləndirilmiş iş rejiminə keçəcək
Azərbaycan polisi referendumla əlaqədar sabahdan – sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrlə, ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib. (“report”)
Short URL: http://www.cumhuriyyet.net/?p=76424