Yanğından zərər çəkmiş sahibkarlara kompensasiya ödəniləcək

24.09.2016 - 12:03

6d12dfbd-4368-4659-8523-49950fabe4e6

Bu gün Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kompensasiya ödəniləcək.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “reporta”a Sədərək Ticarət Mərkəzinin rəhbərliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, hadisə nəticəsində iki mağaza tam, bir mağaza isə qismən yanıb.

Qeyd edək ki, sentyabrın 24-də Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində pərdə-tül mağazasında yanğın baş verib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də söndürülüb. Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir. Yanğının başvermə səbəbləri araşdırılır.

İlkin məlumata görə, bir sahibkara təqribən 7000 manat ziyan dəyib.

Eyni zamanda yanğın zamanı iki nəfər zərər çəkib. Onlar “Təcili tibbi yardım” maşını ilə xəstəxanaya aparılıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76552

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930