İrəvandakı “İsgəndər”lərlə bağlı şok fakt üzə çıxdı – Foto
Ermənistan sosial şəbəkələrində sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda nümayiş olunmuş Rusiya ordusuna məxsus “İsgəndər” operativ-taktiki raketləri barədə ilginc xəbərlər yer alıb. Axar.az xəbər verir ki, Arman Manukyan adlı sosial şəbəkə istifadəçisi parad bitdikdən sonra texnikaların meydandan çıxmasını müşayiət edib.
Belə ki, o həmin vaxt Ermənistanın polis rəisi Vladimir Qasparyanla Qaltsyan soyadlı polkovnik-leytenant rütbəli şəxsin sözügedən texnikanın Erebuni hava limanından rusların Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasına göndərilməsi barədə danışıqlara qulaq şahidi olub.
Sosial şəbəkədə geniş rezonans doğuran bu yazışmaya əlavə olunan şərhlərdə qeyd olunub ki, Qalsyan adlı hərbi rütbəli şəxs Ermənistan Silahlı Qüvvələrinin hərbi texnika idarəsinin rəis müavinidir. Qeyd edək ki, Ermənistan tərəfinin inkar etməsinə baxmayaraq, rusiyalı ekspert, hərbi analitik Aleksandr Xramçixin də “İsgəndər” raketlərinin Ermənistana məxsus olmadığını bildirib. Həmçinin Karen Karapetyan adlı erməni ekspert də müsahibəsində bu oyunun Sərkisyan tərəfindən erməni xalqını anti-Rusiya fikirlərindən yayındırmaq və aprel döyüşlərindən sonra mənəvi-psixoloji sarsıntını sakitləşdirmək üçün qurulduğunu söyləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=76590