“Ermənilər qorxuya düşüb” — Müdafiə Nazirliyi bəyanat yaydı

05.11.2016 - 00:36

rr“Azərbaycan Silahlı Qüvvələrinin planlaşdırılan irimiqyaslı təlimləri heç şübhəsiz erməni tərəfini qorxuya salıb”. Cumhuriyyet.az-ın məlumatına görə, bu, Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, beynəlxalq səviyyədə vasitəçilərin münaqişə ilə bağlı qəbul etdikləri qərarlara hörmətlə yanaşaraq Silahlı Qüvvələrimiz təlimləri ölkəmizin sərhədləri çərçivəsində, öz ərazilərimizdə bütün qoşun növlərinin cəlb olunması ilə keçirir və burada beynəlxalq tələblərin pozulmasından söhbət gedə bilməz.
Əgər beynəlxalq strukturlar, təşkilatlar hansısa bir ölkəyə qadağa və sanksiyalar tətbiq etməlidirlərsə, bu ilk növbədə elə Ermənistan olmalıdır. Çünki beynəlxalq qurumların qəbul etdikləri qərarlara əhəmiyyət verməyən, laqeyd yanaşan, onları kobud şəkildə pozan məhz Ermənistandır. Əslində işğal olunmuş ərazilərimizdə Ermənistanın keçirdiyi hərbi təlimlərə reaksiya verilməli və rəsmi Yerevana qarşı sanksiyalar tətbiq edilməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=81138

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728