Erməni fəal Azərbaycan prezidentindən vətəndaşlıq istədi

17.11.2016 - 12:28
rrErməni hüquq müdafiəçisi Vahe Avetyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Ölkə.Az xəbər verir ki, müraciəti öz Facebook profilində paylaşan Vahe Avetyan İlham Əliyevdən ona Azərbaycan vətəndaşlığı verilməsini xahiş edib.
Müraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qardaş Azərbaycan Respublikasının çox hörmətli prezidenti, rəhbərlik etdiyiniz ölkədə isti qarşılandığıma görə sizə təşəkkür edirəm. Səbr, anlayış və müdriklik nümayiş etdirdiyinizə görə sizə minnətdaram. Mən Azərbaycan xalqı ilə dərin mənəvi bağlarımı saxlayıram. Onun bütün dərdlərinə və ağrılarına şərikəm, uğurlarına isə sevinirəm. Ermənilər üçün müqəddəs sayılan yerin, kilsənin, Bibliyanın və digər dəyərlərin ölkənizdə yaxşı qorunduğuna görə, sizə ürəkdən minnətdaram.
Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının mənəvi vətəndaşlığını verəsiniz!
Hörmətlə, Vahe Avetyan

Short URL: http://www.cumhuriyyet.net/?p=82107

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31