Bakı metrosunda növbəti TƏLAŞ: “Qatarı təcili tərk edin”

18.11.2016 - 12:21

rrBakı Metropolitenində növbəti dəfə ajiotaj yaranıb. Belə ki, Metropolitenin yaşıl xətti boyunca, “Həzi Aslanov” metro stansiyasından “Dərnəgül” stansiyasına doğru hərəkət edən qatarda ciddi nasazlıq yaranıb. Qatar “Nəriman Nərimanov” stansiyasına çatmamış tuneldə dayanıb və sərnişinlərdən qatarın “Dərnəgül” stansiyasına getməsinə baxmayaraq “Nəriman Nərimanov” stansiyasında vaqonları tərk etmələri istənilib.
Tuneldə 15 dəqiqəyə yaxın qalan qatar “Nəriman Nərimanov” stansiyasında təcili şəkildə boşaldılıb və təmir üçün növbədənkənar “Bakmil” stansiyasına göndərilib. Qeyd edək ki, dərhal vaqonlardan düşürdülən sərnişinlər “Nəriman Nərimanov” stansiyasında təlaşlanıblar və yaranmış sərnişin sıxlığı bir neçə nəfərin halının pisləşməsinə səbəb olub.
Xatırladaq ki, 2 gün öncə də Bakı metrosunda analoji hal müşahidə edilmişdi./xalqxeber/
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisə saat təxminən 10:30-da 22 saylı qatarda baş verib: “Bu xəbər çox şişirdilib. Sadəcə qatarda texniki nasazlıq qeydə alındığından sərnişinlər təxliyə olunublar, qatar isə depoya göndərilib. Onun əvəzinə xəttə dərhal başqa qatar buraxılıb, qatarların hərəkət qrafiki bərpa olunub. Hazırda heç bir gecikmə və problem yoxdur. (milli.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82202

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31