Ziya Məmmədov Trampla münasibətlərdən danışdı: “İşbirliyimiz var… Yetər…”

19.11.2016 - 09:46

ziya2İş adamı Donald Trampın Amerika prezidenti seçilməsi ilə bağlı müzakirələr Azərbaycan mediasının da əsas mövzularından biridir. Bəzi iddialara görə, Amerikalı milyarderin prezidentliyi son dövrlər mövqelərini ciddi şəkildə itirən nəqliyyat naziri Ziya Məmmədovun yenidən dirçəlişi üçün bir trampilin rolunu oynaya bilər. Gununsesi.info nəqliyyat naziri Ziya Məmmədovun özü ilə bu barədə danışmağa çalışıb. Həmin qısa söhbəti olduğu kimi təqdim edirik:

– Ziya müəllim, dünya ictimaiyyətinin gözləntilərinin əksinə olaraq, Donald Tramp prezident seçildi. Bu sizin üçün nə deməkdir?

– Amerika xalqı etimad göstərib və o, da prezident olub. Mənim nəsə söyləyəcəyimin nə əhəmiyyəti var axı. Bu amerikalıların seçimidir. Hər bir xalqın seçiminə də hörmətlə yanaşılmalıdır.

– Trampı təbrik etdinizmi? Onunla münasibətləriniz nədən ibarətdir?

– Trampla iş birliyimiz var… İş birliyimiz var deyərkən, oğlumla işbirliyi olub.

Bu gün münasibətlər qalırmı?

Onu oğlumdan soruşun. Mən bu barədə heç nə demək istəmirəm. Özündən soruşsanız daha yaxşı olar.

Mediada belə bir fikir yayılıb ki, Trampın prezidentliyi mövqeləri son zamanlar hakimiyyət daxilində zəifləyən Ziya Məmmədov üçün bir şans oldu. Bəlkə deyəsiniz, Donald Trampın Amerika prezidenti olması Sizin üçün nə vəd edir?

– Bu qədər danışdım, yetər. Sağlıqla qalın..(Telefonun dəstəyini asır-red.)

P.S. Göründüyü kimi sonuncu suala reaksiyasından Ziya Məmmədovun Trampdan ciddi gözləntisinin olduğu açıq sezilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=82325

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31