Qarabağ və Naxçıvanda təhlükəli silahlar var

21.11.2016 - 12:48

7785a098-a2d0-4b8b-ba13-35c6e8d7e279_w987_r1_sABŞ Dövlət Departamenti illik «Dünyanı təhlükəsiz gəzək» adlı hesabatını yayıb. Hesabatda deyilir ki, münaqişələr bitsə belə, onların döyüş meydanlarında buraxdığı silahlar ildə, az qala, 10 min adamın, o cümlədən qadın və uşaqların ölümüylə sonuclanır.

ABŞ Dövlət Departamenti ərazilərin müharibələrdən qalan silahlardan – minalar, partlamamış toplar, təhlükəli silah və təchizatlardan təmizlənməsi işinə yardım etməkdən ötrü 1993-cü ildən bu yana 2.6 milyard dollar ayırıb.

112 KVADRATKİLOMETR

Yardımın ayrıldığı 100-ə yaxın ölkədən biri də Azərbaycandır. Hesabatda deyilir ki, Azərbaycanda bu baxımdan ən təhlükəli sayılan mübahisəli Dağlıq Qarabağ zonasıdır. Eyni zamanda Sovet dövründən qalma tullantılar da əhali üçün təhlükəyə çevrilib.

Hələ 2003-cü ildə başa çatmış müşahidələr Azərbaycanın münaqişədən əziyyət çəkən bölgələrinin, xüsusilə Füzuli rayonu ərazisinin təhlükəli silahlarla «çirkləndiyini» göstərib. Təmizləmə haqda sonrakı hesabatlara görə, Azərbaycanda təhlükəli zonaların sahəsi 112 kvadrat kilometrə qədər azalıb.

Bununla belə, hesabatda Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə də Qarabağ və Naxçıvan bölgəsində təhlükəli silahlar olan ərazilərin hələ də qaldığı deyilir.

30.4 MİLYON DOLLAR

ABŞ Dövlət Departamenti 1999-cu ildən 2015-ci ilədək Azərbaycan ərazilərinin təhlükəli silahlardan təmizlənməsinə 30.4 milyon dollardan çox pul ayırıb. Bu pullar ərazilərin təmizlənməsi proqramlarına, ölkənin peşəkarların təcrübəsi və gərəkən avadanlıqlarla, eləcə də minaaxtaran itlərlə təminatına, əhalinin minaların təhlükəsi haqda bilgiləndirilməsinə, partlayış nəticəsində xəsarət alanların reabilitasiyası, yaralıların təlimi, protezlərlə təminatına xərclənməyə nəzərdə tutulub.

Ceyrançöldə Azərbaycanın Gürcüstanla sərhədi boyu 64 kvadratkilometrlik ərazilərin Sovet dövrü tullantılarından təmizlənməsi layihəsi də davam etdirilib.

Gürcüstanın təhlükəli silahlardan təmizlənməsi işlərinə ABŞ 32.7 milyon dollar, Ermənistana isə 13.6 milyon dollar xərcləyib.

ABŞ Dövlət Departamentinin hesabatına görə, bu vəsaitlər nəticəsində son 10-15 ildə təhlükəli silahlardan – tullantılardan ölənlərin sayı 60% azalıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=82496

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31