Həkimlərə müjdə: MAAŞLAR ARTIRILACAQ – VİDEO

21.11.2016 - 23:41

hekimİcbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər daha da sürətləndirilib. Məlumdur ki, sığorta ilə bağlı baza zərfi hazırlanaraq nazirlər kabinetinə təqdim edilib. Baza zərfinə 1800-ə yaxın tibbi müayinə və müalicə posedurları daxil edilib. Xəstəxanalara müraciətlər çoxalacağından həkimlərin maaşında artımlar olacaq.
İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra həkimlərin, eləcə də orta tibb işçilərinin maaşlarında artımların olacağı gözlənilir. Göstərdiyi xidmətin müqabilində həkimlər bonus əldə edəcək. İcbari tibbi sığorta sisteminin tətbiqi zamanı ilk seçim Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət xəstəxanaları arasında aparılacaq. Sonradan agentliyin tələblərinə cavab verəcək özəl klinikalar da icbari tibbi sığorta xidmətini göstərə biləcəklər. Maaşların nə qədər artacağını söyləmək çətindir.
İcbari Tibbi sığorta üzrə dövlət agentliyinin şöbə müdiri Vüqar Qurbanov deyir ki, bu yanaşma həkimlərin işlərinin keyfiyyətini gündəmə gətirəcək. İcbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək. (Xezer Xeber)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=82549

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31