Məcburi köçkünlərə “qara kağız” paylanılıb – 23 illik işıq pulunu istəyirlər

22.11.2016 - 00:35

rrKəlbəcər rayonunun Narınclar kəndindən olan, hazırda İmişlidəki qış otlağında məskunlaşan məcburi köçkünlərə, elektrik enerjisindən istifadəyə görə minlərlə manat debitor borclarının olduğu barədə bildirişlər gəlib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Sputnik-in bölgə müxbirinə köçkünlər özləri məlumat veriblər.
Onların sözlərinə görə, həmin bildirişdə ağlasığmaz məbləğ yazılıb: “İşıq idarəsinin işçisi gəlib bildiriş paylayıb. Kiminə 5, kiminə 10, kiminə 12 min manat borc yazılıb. Evlərimizə sayğac qoyulmasa da, “Azərişıq”ın yerli idarəsinin təqdim etdiyi bildirişdə sayğac nömrəsi və sərfiyyat göstəricisi qeyd olunub”.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin Narınclar kəndi üzrə nümayəndəsi Gündüz Baxşəlıyev də, Sputnik əməkdaşı ilə söhbətində belə bir bildiriş aldığını deyib: “Mənim adıma da 8 min manat borc yazılıb. İşıq idarəsində bir neçə dəfə olub maraqlanmışam. Verilən cavab bu olub ki, “Qaçqınkom” tərəfindən indiyədək enerji haqqı ödənilməyib. Borc məskunlaşmanın ilk ilindən başlayaraq ta hazırkı vaxtadək istifadə edilmiş enerjiyə görə hesablanıb. Məbləğlərin müxtəlif olması ailə üzvlərinin sayından asılıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=82561

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31