Bakıya qar yağdı – Yollar bağlandı, böyük tıxaclar var – FOTO
Bu gün gecə saatlarından başlayaraq Bakının bəzi ərazilərinə qar yağıb. BakiPost.azxəbər verir ki, səhərə yaxın yollar buz bağlayıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb. Elə buna görə də, hazırda yollarda böyük tıxaclar var.
“Dairəvi yol” tamamilə bağlanıb, Bakı-Sumqayıt şosesində hərəkət iflic vəziyyətə düşüb. “20 Yanvar”, Yeni Yasamal ərazisində də eyni vəziyyətdir. Əhmədli və Günəşli qəsəbəsində də bəzi yollar buz bağlayıb, marşrutlar işləmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=82706