Gözünüz sayğacda olsun: İşıq pulu bu gündən yeni qiymətlə hesablanacaq

01.12.2016 - 10:27

sayqacTarif Şurasının noyabrın 28-də təbii qaz və elektrik enerjisinin qiymətlərinin diferensiallaşması haqqında qərarı bu gündən tətbiq olunur. Tarif Şurasının 28 noyabr tarixli iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib. Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq. Elektrik enerjisi ilə bağlı qərar isə həm əhali, həm də qeyri-əhali qrupları üzrə 2016-cı ilin dekabrın 1-dən qüvvəyə minir.
Yəni artıq bu gündən etibarən, ölkədə sərf olunan elektrik enerjisi Tarif Şurasının müəyyənləşdirdiyi yeni qayda əsasında hesablanacaq. Başqa sözlə, bir ay ərzində 250 kilovat-saatdan az (maksimum 17,5 manat) elektrik enerjisi sərf edənlər işıq pulunu köhnə qiymətlə – 7 qəpikdən ödəyəcəklər. Bu limiti keçən abonentlər isə hər kilovat-saat üçün 4 qəpik artıq ödəməli olacaqlar.(A24.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=83450

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31