Mehman Hüseynovun çəkilişinə Hafiz Hacıyevdən münasibət: “Səlim Müslümovun…”
Hafiz Hacıyev: “Səlim Müslümov 6 ay sənin, 6 ay mənim prinsipi ilə işləyir”
Bu günlərdə mətbuat və sosial mediada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus villa ilə bağlı ortaya qoyulan faktlar yenidən bütün diqqəti məmur kontingentinin dəbdəbəli həyat tərzinə, Roma imperatorlarının belə həsəd aparacağı təmtəraqlı həyatına diqqət çəkib.
Maraqlıdır, S.Müslümov və eləcə də digər məmurlarla bağlı bloggeer Mehman Hüseynovun və medianın ortaya çıxartdığı bu faktlara rəsmi səviyyədə diqqət yetirilməlidirmi?
24saat.org-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu məmurlarla bağlı ciddi tədbir görməyin zəruriliyinə diqqət çəkdi:
S.Müslümov pensiyaçıların kartlarını cibində saxlayır. 6 ay sənin, 6 ay mənim prinsipi ilə işləyir.
Onun beşmərtəbəli villası ilə bağlı məsələ isə bizə çoxdan bəllidir və çoxdan bunu demişik.
Hesab edirəm ki, bu villada pensiyaçılar oturmalıdır. Hansı ki, aldıqları pensiya dava-dərmanlarına çatmır.
S.Müslümova məxsus bu villa hərraca çıxarılmalı, ondan əldə edilən pul pensiyaçıların pensiyasına əlavə olunmalıdır”.
Bloggerin çəkdiyi video süjeti təqdim edirik:
Short URL: http://www.cumhuriyyet.net/?p=83816