MTRŞ və ANS-in qarşılıqlı iddiası üzrə məhkəmə prosesi keçirilib

07.12.2016 - 13:43
mehBu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ ilə “ANS Müstəqil Yayım və Media” Şirkəti arasında “Abşeron” serialının çəkilişi üçün ayrılmış dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyi üçün qaytarılmasına dair şikayətlə bağlı növbəti iclas keçirilib.
APA-nın xəbərinə görə, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilmiş iclasda məhkəmənin qərarına əsasən, eyni məsələ ilə bağlı olan, hakim Vüsalə Baxışovanın icraatında olan digər məhkəmə işi birləşdirilib.
Məhkəmə baxışı davam etdirilir.
Qeyd edək ki, MTRŞ “ANS Müstəqil Yayım və Media Şirkəti”ni məhkəməyə verərək “Abşeron” adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. MTRŞ ANS TV-nin Şuraya “Abşeron” əvəzinə, “Sevgi naminə” adlı serial təqdim etdiyini bildirib. ANS də bundan qarşılıqlı şikayət verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=83917

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31