Neftçilərdən birinin cəsədi tapılıb
Gecə saatlarında “Azneft” İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadada neftçilərin istirahət etdiyi budka dənizə düşüb.
İnterAz xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında məlumat verib.
Budkada 10 nəfər işçi olub: “Aldığım ilkin məlumata görə, bir nəfərin cəsədi tapılıb. Qalan 9 nəfər itkin düşüb. 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olub, nəticədə 5 nəfər həlak olmuşdu”./
Short URL: http://www.cumhuriyyet.net/?p=84473