Meyiti tapılan neftçinin son sözü: “Kəlmeyi-şəhadəti deyib oturmuşuq”

16.12.2016 - 11:40

Dünən  Xəzərdə baş verən faciədə həlak olan neftçi İlham Qafarovun meyiti yaxın dəqiqələrdə dənizdən sahilə çıxarılacaq. 

Mərhum neftçinin ailəsi onun cənazəsini qarşılamaq üçün Sahil qəsəbəsinə – limana gedib.

Dənizə düşən 10 nəfərdən meyiti tapılan yeganə neftçi olan İ.Qafarovun ailəsi ilə son söhbətinin də məğzi məlum olub. Əməkdaşımız bildirir ki, qəza baş verməzdən əvvəl həyat yoldaşı ilə danışan İ.Qafarov ona belə deyib: “Külək aləmi dağıdır. Kəlmeyi-şəhadəti deyib, oturmuşuq. Gözləyirik”.

O da məlum olub ki, İ.Qafarovun qardaşı da dənizçidir və onlar birgə işləyirlər. Xoşbəxtlikdən Davud Qafarov faciə zamanı xilas ola bilib. Hazırda o, qardaşının nəşi ilə birlikdə sahilə yanaşır.

///Lent.az

Short URL: http://www.cumhuriyyet.net/?p=84540

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728