Dənizdəki faciəyə spikerdən reaksiya

16.12.2016 - 13:46
Millət vəkili Qüdrət Həsənquliyev ötən gün Xəzər dənizində baş vermiş faciəyə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, millət vəkili parlamentin bugünkü iclaısnda çıxışı zamanı qeyd edib ki, dünən Xəzər dənizində neftçilər itkin düşüb: “Bu bir il ərzində ikinci belə ağır faciədir. Biz qonşuluğumuzda mühüm dövlətlərlə əhatə olunmuşuq. Ola bilər, estakadalar zədələnir. Kiçik bir külək olanda da aşsınlar, orada hər hansı qəzalar baş versin. Burada təxribatlar da ola bilər. Kimlərsə məsuliyyətsizliyə yol veribsə tapılıb cəzalandırılmalıdır. Xarici təxribat varsa, aşkar edilməlidir. Ya parlament bununla bağlı komissiya yaratmalıdır və ya da baş prokurorluğa müraciət etməlidir”.
Spiker Oqtay Əsədov bildirib ki, komissiya yaradılıb və bununla bağlı işləməli, nəticəni ortaya qoymalıdır: “Nəticə elan olunmamışdan qabaq Milli Məclis nə deməlidir? Danışanda məsələlərə diqqət edin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=84579

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728