“Binəqədi yanğını” üzrə təqsirləndirilənlərə həbs cəzası istənildi
Bu gün ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. O, “Global Construction” MMC-nin təsisçilərindən biri Miryusif Mahmudovun 10 il, “Global Construction” MMC-nin sədr müavini, təqsirləndirilən Ələkbər Əsgərovun 7 il, “Qlobal Stone” MMC-nin baş direktoru, təqsirləndirilən Uğur Bəşirovun 8 il, Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri, təqsirləndirilən Ədalət Rəcəbovun 7 il, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi, təqsirləndirilın Nizami Orucovun 5 il, “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri, təqsirləndirilən Ağacavad Məmmədovun 5 il, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, təqsirləndirilən Akif Əlibəyovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi dekabrın 29-da davam etdiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=84806