Dünya Bankından Azərbaycanla bağlı proqnoz

05.01.2017 - 00:38

2017-ci ildə Azərbaycanda inflyasiya səviyyəsi 2,4 faiz təşkil edəcək. 2018-ci ildə isə bu göstərici 2,1 faizə bərabər olacaq. Trend xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatında deyilir.
Daha əvvəl Dünya Bankı 2017-ci ildə istehlak qiymətlərinin 4,1 faiz artacağını proqnozlaşdırmışdı. Hesabatda qeyd olunur ki, bank Azərbaycanda inflyasiyanı 2016-cı il üçün 12 faiz səviyyəsində proqnozlaşdırıb.
Qeyd edək ki, 2016-cı ilin 10 ayı ərzində Azərbaycanda istehlak qiymətləri və xidmət tarifləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıb. Azərbaycan hökumətinin hazırladığı sosial-iqtisadi inkişaf konsepsiyasının layihəsinə əsasən, 2017-ci ildə inflyasiya 7,3, 2018-ci ildə isə 4,9 faiz proqnozlaşdırılır.
Bundan başqa, Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun artımını 2017-ci il üçün 1,2 faiz, 2018-ci il üçün 2,3 faiz olaraq proqnozlaşdırıb. Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu göstəricilər, müvafiq olaraq, 1 və 1,5 faiz proqnozlaşdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85248

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2017
BE ÇA Ç CA C Ş B
« Dek    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031