“Reina” qətliamında İsrail izi: Bir həftə əvvəl bəlli idi
“Reina” terrorçusunun yeri 1 həftə əvvəl bəlli idi.
Gununsesi.info xəbər verir ki, bu sözləri türkiyəli yazar Cem Kiçik deyib.
O iddia edib ki, terrorçunun arxasındakı qüvvələrin aşkara çıxarılması üçün gözləmək lazım gəlib:
“Polis və kəşfiyyat İstanbulda 200 nəfərlik İŞİD şəbəkəsini müəyyən edib. Onların 2 ay əvvəl qarət edilən valyuta məntəqəsində əli olduğu öyrənilib. Bu şəxslər oğurladıqları pullarla birlikdə yaxalandı və şəbəkə ortaya çıxdı. Kəşfiyyat isə 2 gün əvvəl “Reina” terrorçusunun ən yaxın adamını ələ keçirdi. Sonrası da corab söküyü kimi davam etdi”.
Kiçik 200 nəfərlik şəbəkənin Türkiyəyə İordaniyadan gəldiyini bildirib:
“İŞİD İordaniya və İsrailə heç vaxt hücum etmədi. Bu əməliyyatla İŞİD-i dəstəkləyən bütün qüvvələr ortaya çıxacaq. Türkiyənin İŞİD-i dəstəkləmədiyi artıq məlumdur”.
Qeyd edək ki, Yeni il gecəsi 39 nəfərin həlak olduğu “Reina” qətliamını törədən “Əbu Məhəmməd Əl Xorasani” kod adlı terrorçu – Əbdülqədir Maşaripov dünən gecə İstanbulda yaxalanıb.
Cumhuriyyet.az
Short URL: http://www.cumhuriyyet.net/?p=85688