Intihar etmiş MTN zabiti İlqar Əliyevin BDU-ki adamı Nigar İsmayılzadə…

16.02.2017 - 15:27
Bu günlərdə, mediada BDU İlahiyyat fakültəsində hal hazırda dekan müavini vəzifəsində işləyən Nigar İsmayılzadə haqqında onun rüşvətxorluğu ilə bağlı, həmin fakültənin bir qrup tələbəsi məlumat verdilər. Məlumatın bu cür verilməsi-rüşvətin detallarına kimi sadalanması, həqiqətən də N.İsmayılzadənin İlahiyyat fakültəsinin adına layiq olmamaqla bərabər, bu əməllərini necə etməsi hər kəsi düşündürür. İlahiyyat fakültəsində işləyən bu insan, bu cəsarəti haradan alır və ya heç düşünürdümü ki, bu cinayətkar, qanunsuz əməlləri onu bir gün açığa çıxardacaq?!

Əlavə etmək istəyərdim ki, İlahiyyat fakültəsində bu insan, özünü çox böyük səlahiyyətli vəzifə sahibi kimi hiss edərək, digər müəllim yoldaşlarına da etik qaydalardan kənar davranaraq, təhdid yolu ilə mesaj verirmiş. Sanki, bu vəzifədə onun arxasında duranlar var, onu bu vəzifədən heç kim çıxarda bilməz. Amma, mənə elə gəlir ki, qeyri-leqal yollarla bu vəzifəyə gələn Nigar İsmayılzadə bir az tələsdi. Kreslosunu möhkəmləndirmədən həm tələbələrə, həm də müəllimlərə qarşı “hücuma” keçdi. Bu da onun özünə baha başa gəldi. Çünki, hərislik insanın gözünün kor edər. Vəzifədə olmaq hərisliyi onun gözünü kor etdi, qanunsuz yollarla gəlmiş vəzifəsində qanuni qaydalarla məşğul olmaqdansa, qanunsuz yollara əl atdı. Hətta, rüşvət məsələlərini o qədər mükəmməllikcəsinə yerinə yetirirmiş ki, fakültəmizin dekanı akademik Vasim Məmmədəliyev tələbələrdən dəlil istəyirmiş, kimsə də qorxudan bunu açığa çıxarda bilmirmiş. Fakultədə tələbəsindən tutmuş müəllimlərə kimi hər kəs, bu dekan müavinindən narazıdır.

Əlavə olaraq ANAXEBER.Az -a onu bildirirəm ki, N.İsmayılzadənin qardaşı Gürsəl İsmayılzadə Azərbaycanın Respublikasının Yaponiyadakı səfiridir. N.İsmayılzadənin keçmiş intihar etmiş MTN zabiti İlqar Əliyevlə də əlaqələri olmuşdur. Nigar İsmayılzadə vəzifəyə gətiriləndə intihar etmiş MTN zabiti İlqar Əliyev hələ sağ idi. Yəni, bunları ona görə bildirirəm ki, bacarığı, ixtisası uyğun gəlməyən bir vəzifəyə qeyri-ixtisas sahibi türk dili müəlliminin gətirilməsi çox şübhəlidir.
Bundan əlavə, mən BDU İlahiyyat fakültəsinin tələbəsi olaraq N. İsmaylzadənin rüşvətxorluğu, qanunsuz əməlləri haqqında Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya da müraciət etmişəm və N.İsmayılzadənin qanunsuz əməlləri ilə arxayınçılıqla məşğul olmasına görə qanun çərçivəsində əməllərinin ciddi araşdırılmasını və məsuliyyətə cəlb olunmasını xahiş etmişəm.

Ümid edirəm ki, BDU rektoru akademik Abel Məhərrəmov bu məsələni ciddi nəzarətə götürəcək və N.İsmayılzadə haqqında lazımi tədbiri görəcəkdir.
Hörmətlə, Zəka Mirağayev, BDU İlahiyyat fakültəsinin tələbəsi
Anaxeber.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88391

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930