“Ermənilərin itkisi 50 nəfərə yaxındır…” – Müdafiə Nazirliyi

18.05.2017 - 23:53

“Bu ilin ötən dövrü ərzində Ermənistan ordusunda qeydə alınan döyüş və qeyri-döyüş itkilərinin sayı 26 deyil, 50 nəfərə yaxındı”. Bu barədə Ermənistan KİV-də bu il ərzində Ermənistan silahlı qüvvələrində 26 ölüm halının qeydə alındığı barədə yayılan məlumatla bağlı Nazirlikdən bildirilib ki, daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuzda nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağndan ehtiyat edən Ermənistanın hərbi-siaysi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu klimi həqiqəti ölkə ictimaiyyətindən gizlətməyə davam edir.
Aparılan araşdırmalara əsasən, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır. Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş əraziləmizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməniəsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır”, deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94226

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930